GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
SİYASET

Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib

Editör Yazar / Editör
22.02.2023 14:00 3 Dk Okuma
Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib


 

 

 

Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib
22 fevral, 2023
Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib
Yunanıstanın Saloniki şəhərində müasir Azərbacan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin, Saloniki Azərbaycan Evinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə diasporumuzun fəalları, post-sovet ölkələrindən olan yunan icmalarının Ümumyunan Federasiyasının sədri Aleksandros Mixailidis, federasiyanın Baş katibi İliana Kadaidou, “Tereza Ana” Alban Qaçqınları Cəmiyyətinin sədri Arian Kara, “Thess Culture” nəşrinin əməkdaşalrı Dimitris Konstantinidis, Katerina Chatzikonstantinou və başqaları iştirak ediblər.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Salatın Məmmədli qonaqları salamlayıb.

Sonra Monitorinq Mərkəzinin rəhbəri professor Sevinc Əliyeva, mərkəzin baş məsləhətçisi, əməkdar artist Aygün Qurbanova və türkoloq, professor Sokrat Angelidis məruzəçi qismində çıxış ediblər.

Məruzəçilər Azərbaycan xalqının və dilinin qədim tarixi, xalqımızın ulu öndəri Heydər Əliyevin və onun ləyaqətli davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı və dünyada təbliğ olunması məqsədilə həyata keçirdikləri işlər, doğma dilimizin, mədəniyyətimizin və adət-ənənələrimizin qorunub saxlanılması barədə ətraflı məlumat veriblər.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/salonikide-heyder-eliyev-ve-azerbaycan-dili-adli-tedbir-teskil-edilib-2422

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

6 + 2 = ?