GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
DÜNYA

Novruz bayramı Mahaçqalada təntənə ilə qeyd edilib

Editör Yazar / Editör
19.03.2023 13:47 2 Dk Okuma
Novruz bayramı Mahaçqalada təntənə ilə qeyd edilib


Novruz bayramı Mahaçqalada təntənə ilə qeyd edilib
2023
Novruz bayramı Mahaçqalada təntənə ilə qeyd edilib
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayan Azərbaycan icması Novruz bayramı münasibətilə tədbir keçirib.

Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı və Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər Nazirliyinin dəstəyi ilə Rus Dram Teatrının binası qarşısında baş tutan tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, dini, ictimai təşkilatların, təhsil müəssisələrinin nümayəndələri və əcnəbi tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov bayram münasibətilə bütün xalqları təbrik edib. Qeyd edib ki, çoxmillətli regionda bu bayram xüsusi məhəbbət və ehtiramla qarşılanır. “Novruz qədim mədəni ənənələrin və adətlərin davamıdır, Dağıstanda yaşayan xalqların çoxəsrlik dostluğunun və razılığının əyani təcəssümüdür”, – deyə sədr vurğulayıb.

Tədbirdə çıxış edən Dağıstan Respublikasının milli siyasət və dini məsələlər üzrə naziri Enrik Müslümov bütün iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, insanları birləşdirən, dinc və qurucu gələcəyə ümid verən Novruz bayramı baharın, sevincin və mənəvi yenilənmənin rəmzidir.

Bayram şənliyi müxtəlif yaradıcı kollektivlərin və artistlərin çıxışı ilə davam edib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/novruz-bayrami-mahacqalada-tentene-ile-qeyd-edilib-2606

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

4 + 4 = ?