Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Yekaterinburqda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

Yekaterinburqda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib
REKLAM ALANI
27.01.2024
A+
A-

 

 

 

Yekaterinburqda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

, 2024

 

 

 

 

Yekaterinburqda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

 

 

 

 

Rusiyanın Yekaterinburq şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

 

 

Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunda baş tutan tədbirdə diplomatlarımız və Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

 

 

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin və qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca 34 il öncə törədilmiş Qara Yanvar barədə sənədli film nümayiş etdirilib.

 

 

 

 

Tədbirdə Azərbaycanın Yekaterinburqdakı Ba konsulunun səlahiyyyətlərini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayəti üzrə “Azərbaycan-Ural” regional diaspor təşkilatının sədri Şahin Şıxlinski və başqaları çıxış ediblər. Bildirilib ki, 20 Yanvar hadisələri bir daha xalqımızın sarsılmaz iradəsini təşəssüm etdirdi, ölkəmizin ən yeni tarixində dönüş nöqtəsinə və müstəqilliyimizin bərqərar olmasında həlledici amilə çevrildi. O zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək, xalqımız qarşı törədilmiş cinayətə qarşı etiraz səsini ucaltdığı, sovet rəhbərliyini ittiham etdiyi və qətiyyətli mövqeyini bütün dünyaya nümayiş etdirdiyi yada salınıb. Bu illər ərzində bütün tarixi, siyasi və hüquqi ədalətsizliklərə baxmayaraq, xalqımızın öz ayaqları üzərində dayana bildiyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü və suverenliyin tam bərpa etdiyi, xaricdə yaşayan soydaşlarımızın öz tarixi vətənləri ilə qürur duyduqları vurğulanıb.

 

 

 

 

Tədbir çərçivəsində sovet imperiyasının qanlı cinayətini ifşa edən fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/yekaterinburqda-20-yanvar-faciesi-ile-bagli-anim-tedbiri-teskil-edilib-4129

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.