Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Yaponiyadakı diaspor təşkilatının rəhbəri bu ölkənin nüfuzlu mükafatına layiq görülüb

Yaponiyadakı diaspor təşkilatının rəhbəri bu ölkənin nüfuzlu mükafatına layiq görülüb
REKLAM ALANI
15.01.2024
A+
A-

 

 

 

 

Yaponiyadakı diaspor təşkilatının rəhbəri bu ölkənin nüfuzlu mükafatına layiq görülüb
15 yanvar, 2024

 

 

Yaponiyadakı diaspor təşkilatının rəhbəri bu ölkənin nüfuzlu mükafatına layiq görülüb
Tokioda fəaliyyət göstərən Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim-tədqiqatçı Xəlil Kələntər 30-cu “International Display Workshops-2023” (IDW) seminarının nüfuzlu KUM mükafatına layiq görülüb.

 

 

 

Yaponiyanın Niiqata şəhərində keçirilən mükafatlandırma mərasimində üç alimə KUM mükafatı təqdim edilib. Xəlil Kələntər bu mükafata layiq görülən əcnəbi alim-tədqiqatçıların ilk nümayəndəsidir.

Xəlil Kələntər bildirib ki, displey sənayesinin üç korifeyi – Kobayashi, Uchiike və Mikoshibanın adını daşıyan KUM mükafatı bu sahədə əhəmiyyətli layihələr irəli sürən, elm və texnologiyanın sərhədlərini inkişaf etdirən tədqiqatçı-alimlərə təqdim edilir. KUM mükafatının təqdimat mərasimi IDW-nin (Displey üzrə Beynəlxalq Seminarlar) yarandığı gündən əməkdaşlıq və innovasiyaları təşviq edən qlobal displey ictimaiyyəti üçün mühüm hadisə hesab olunur.

 

 

 

Qeyd edək ki, 1993-cü ildə yaradılmış IDW displey sənayesində əməkdaşlığı, bu sahədə əldə edilən uğurların mübadiləsini və innovasiyanı inkişaf etdirmək məqsədi daşıyır və son illər təsirli platformaya çevrilib. İlk IDW tədbiri Yaponiyanın Hamamatsu şəhərində baş tutub. Ötən illər ərzində həmin seminarlar Kioto, Naqoya, Fukuoka, Sapporo kimi şəhərlərdə keçirilib.

 

 

 

1981-ci ildən Yaponiyada yaşayan Xəlil Kələntər Naqoya və Tohoku universitetlərində çalışıb, doktorluq dərəcəsi alıb. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaradıb. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub, çoxsaylı patent və ixtiraların müəllifidir. Təkcə Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınan alimə beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.

 

 

 

Xəlil Kələntərin rəhbərlik etdiyi diaspor təşkilatı Azərbaycan həqiqətlərinin yapon ictimaiyyətinə çatdırılmasında, Azərbaycan mədəniyyətinin təbliğ olunmasında böyük rol oynayır.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/yaponiyadaki-diaspor-teskilatinin-rehberi-bu-olkenin-nufuzlu-mukafatina-layiq-gorulub-4070

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.