Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair məsələlər müzakirə olunub

Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair məsələlər müzakirə olunub
MOBİL REKLAM ALANI
15.06.2024
A+
A-

Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair məsələlər müzakirə olunub

2024

Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair məsələlər müzakirə olunub

 

 

 

 

Yaponiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində olub.

Nazir müavini xanım Honda Akiko ilə görüşdə son illər Yaponiyada təhsil alan azərbaycanlıların sayının ildən-ilə artmasından məmnunluq ifadə olunub, onların bu ölkənin böyük şirkət və müəssisələrində təcrübə keçməsinin Azərbaycana peşəkar mütəxəssislər qazandıracağını vurğulayıb. Səfər zamanı həmin tələbələrlə də görüşdüyünü xatırladan sədr komitənin gənclərlə, xüsusən xaricdə təhsil alan tələbələrlə bağlı həyata keçirdiyi layihələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinin və tələbə-təcrübə mübadiləsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu söyləyib.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə də iştirak edib.

Komitə sədri Yaponiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Akira Amari ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. Səfərin məqsədi və komitənin fəaliyyəti barədə məlumat verən sədr dövlətlərarası münasibətlərdə diasporun güclənən rolundan, Yaponiyada təhsil alan azərbaycanlıların sayının getdikcə artmasından danışıb, Akira Amarini Azərbaycana səfərə dəvət edib.

Daha sonra parlament binası ilə tanışlıq olub.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/yaponiya-tehsil-nazirliyinde-ve-parlamentinde-azerbaycan-diasporuna-dair-bezi-meseleler-muzakire-olunub-4859

 

MOBİL REKLAM ALANI