GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
KÜLTÜR SANAT

Xarici işlər nazirinin müavini Elnur Məmmədovun MDB Baş katibinin birinci müavini Leonid Anfimovla görüşünə dair mətbuat məlumatı

Editör Yazar / Editör
22.01.2024 19:43 3 Dk Okuma
Xarici işlər nazirinin müavini Elnur Məmmədovun MDB Baş katibinin birinci müavini Leonid Anfimovla görüşünə dair mətbuat məlumatı


 

 

 

 

No:019/24, Xarici işlər nazirinin müavini Elnur Məmmədovun MDB Baş katibinin birinci müavini Leonid Anfimovla görüşünə dair mətbuat məlumatı

 

 

18 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

 

 

Nazir müavini E.Məmmədov qarşıdakı seçkilərin Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra keçirilməsinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan Respublikasının vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib.

 

 

 

MDB Baş katibinin birinci müavini Leonid Anfimov qarşıdakı Prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verib və hazırkı prosesin təşkilatın Azərbaycanda müşahidə etdiyi 11-ci seçki olduğunu diqqətə çatdırıb.

 

 

 

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no01924

 

 

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

8 + 2 = ?