GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
GÜNDEM

Sankt-Peterburqda Novruz bayramı qeyd edilib

Editör Yazar / Editör
31.03.2023 00:25 3 Dk Okuma
Sankt-Peterburqda Novruz bayramı qeyd edilib


 

 

 

Sankt-Peterburqda Novruz bayramı qeyd edilib
, 2023
Sankt-Peterburqda Novruz bayramı qeyd edilib
Rusiyanın Sankt-Peterburq şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi və “Simurq” Azərbaycan Gəncləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan bayram tədbirində soydaşlarımız və müxtəlif icmaların milli-mədəni mərkəzlərinin münayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin direktoru Eldar Əlizadə, mərkəzin sədri Nicat Bayramlı və “Simurq” Azərbaycan Gəncləri Assosiasiyasının sədri Fuad Məmmədov soydaşlarımızı bayram münasibətilə təbrik ediblər.

 

 

 

 

Tədbirdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin baş mütəxəssisi Aleksey Açkasov, Sankt-Peterburqda insan hüquqları üzrə müvəkkilin müşaviri Konstantin Şarıgin, Sankt-Peterburqun gənclər parlamentinin nümayəndəsi Andrey Tereşenko, siyasi elmlər namizədi Babək Əsədov bayram münasibətilə xoş arzularını bildiriblər.

Sonra Novruzun qəhrəmanlarının, müğənnilərin və folklor qruplarının ifasında milli mahnı və rəqslərdən ibarət rəngarəng konsert proqramı, əyləncəli oyunlar təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/sankt-peterburqda-novruz-bayrami-qeyd-edilib-2704

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

6 + 2 = ?