GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
DÜNYA

Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Editör Yazar / Editör
21.02.2023 16:59 3 Dk Okuma
Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb


 

 

 

Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb
, 2023
Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nəzdində həftəsonu Azərbaycan məktəbi açılıb.

Məktəbin açılış mərasimində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, “Çinar” Regional İctimai Təşkilatının sədr müavini Ülviyyə Abbasova iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin direktoru Eldar Əlizadə, mərkəzin sədri Nicat Bayramlı və “Simurq” Gənclər Assosiasiyasının sədr müavini İslam Səmədov bildiriblər ki, məktəb Azərbaycan dilinin öyrənilməsinə, zəngin mədəniyyətimizin və adət-ənənələrimizin təbliğ edilməsi məqsədinə xidmət edəcək. Bu isə Rusiyada böyüyən uşaq və gənclərin eyni zamanda Azərbaycan tarixinə və həqiqətlərinə dərindən bələd olmasına kömək edəcək.

Tədbir Murad Yusifovun və İslam Səmədovun ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam edib.

Məktəbin ilk dərsində öncə Azərbaycan dilində imla yazılıb və tədrisin aparılması üçün qruplar formalaşdırılıb. Tarix dərsində “Azərbaycanda ibtidai cəmiyyətlər”, “İlk dövlət quruluşları” mövzularından bəhs edilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/sankt-peterburqda-heftesonu-azerbaycan-mektebi-fealiyyete-baslayib-2410

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

1 + 9 = ?