Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Rustavidə Azərbaycan, gürcü və ingilis dili üzrə kursların sertifikatlarının təqdimolunma mərasimi keçirilib

Rustavidə Azərbaycan, gürcü və ingilis dili üzrə kursların sertifikatlarının təqdimolunma mərasimi keçirilib
REKLAM ALANI
05.07.2024
A+
A-

Rustavidə Azərbaycan, gürcü və ingilis dili üzrə kursların sertifikatlarının təqdimolunma mərasimi keçirilib

2024
Rustavidə Azərbaycan, gürcü və ingilis dili üzrə kursların sertifikatlarının təqdimolunma mərasimi keçirilib

 

 

 

 

Rustavi şəhər Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan, gürcü və ingilis dilləri üzrə 3 aylıq kursları uğurla tamamlayan dinləyicilərə sertifikatların təqdimolunma mərasimi keçirilib.

Müəllimlərin, şagirdlərin və valideynlərin iştirak etdiyi mərasimdə Mərkəzin direktoru Raidə Dərziyeva iştirakçıları salamladıqdan sonra aprel-iyun aylarını əhatə edən üç aylıq kursların yekunu barədə məlumat verib. “Azərbaycan, gürcü və ingilis dilləri üzrə kurslarımızda Rustavinin müxtəlif məktəblərindən 130-a yaxın şagird iştirak edib və onlardan 90 nəfəri sertifikatla təltif olunublar. İlk buraxılışımızın müvəffəqiyyətlə tamamlanmasına çox sevinir və inanıram ki, bu xeyirxah işimizi gələcəkdə də layiqli şəkildə davam etdirəcəyik”, – deyə direktor qeyd edib. Raidə Dərziyeva çıxışında kurslardan əlavə bir çox tədbirlərin də həyata keçirildiyini vurğulayıb və kurs müəllimlərinə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirib.

Sertifikatlar təqdim olunduqdan sonra “Bilik nurdur” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Şagirdlər Akaki Sereteli, İlya Çavçavadze, Qoderzi Çoxeli, Səməd Vurğun, Mikayıl Müşfiq və Məhəmmədhüseyn Şəhriyar kimi ədiblərin şeirlərini səsləndirib, Azərbaycan, gürcü və ingilis milli rəqslərindən nümunələr ifa ediblər.

Tədbirin sonunda valideynlər öz məmnunluqlarını dilə gətirərək, Mərkəzin rəhbərinə və müəllimlərə və Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildiriblər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/rustavide-azerbaycan-gurcu-ve-ingilis-dili-uzre-kurslarin-sertifikatlarinin-teqdimolunma-merasimi-kecirilib-4915

 

 

 

REKLAM ALANI