GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
KÜLTÜR SANAT

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

Editör Yazar / Editör
01.06.2023 12:30 3 Dk Okuma
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb


 

 

 

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb
, 2023
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb
ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

ABŞ-da fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında ABŞ vaxtı ilə saat 22:30-da baş tutan bu möhtəşəm hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini çəlb edib.

 

 

 

ACMA üzvləri və Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq hadisəni izləyiblər. Həmvətənlərimiz xalqımızın birlik və həmrəyliyinin rəmzi olan “Yallı” milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.

Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlandırılıb.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/niaqara-selalesi-azerbaycan-bayraginin-renglerine-boyanib-3014

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

1 + 6 = ?