GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
SİYASET

Nazir Ceyhun Bayramovun Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşünə dair mətbuat məlumatı

Editör Yazar / Editör
20.01.2024 23:02 4 Dk Okuma
Nazir Ceyhun Bayramovun Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşünə dair mətbuat məlumatı


 

 

 

No:023/24, Nazir Ceyhun Bayramovun Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşünə dair mətbuat məlumatı

 

 

19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərakatının (QH) Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.

 

 

 

Görüşdə Azərbaycan və Hindistan arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

 

 

 

Tərəflər iki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil, nəqliyyat və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin mövcud olduğunu, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi üçün siyasi məsləhətləşmələrin və ikitərəfli iqtisafi komissiya mexanizminin əhəmiyyətini qeyd ediblər.

 

 

 

Son bir-neçə il ərzində artan siyasi təmasların münasibətlərə müsbət töhfə baxımından vacibliyi vurğulanıb.

 

 

 

Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb. Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsinin, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsinin hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb.

 

 

 

Nazirlər iki ölkə arasında münasibətlərdə çətinlik yaradan məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı şəkildə mövqeləri diqqətə çatdırıb, bu məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no02324

 

 

 

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

6 + 7 = ?