GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
DÜNYA

Nazir Ceyhun Bayramovun Belarus xarici işlər naziri Sergey Aleynik ilə görüşünə dair mətbuat məlumatı

Editör Yazar / Editör
12.07.2023 15:13 3 Dk Okuma
Nazir Ceyhun Bayramovun Belarus xarici işlər naziri Sergey Aleynik ilə görüşünə dair mətbuat məlumatı


No:370/23, Nazir Ceyhun Bayramovun Belarus xarici işlər naziri Sergey Aleynik ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

 

 

 

 

 

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə mövcud ikitərəfli, habelə çoxtərəfli platformalarda əməkdaşlıq müzakirə edilib.

 

 

 

 

Həmkarını bu yüksək vəzifəyə təyinatı münasibətilə bir daha təbrik edən nazir Ceyhun Bayramov, iki ölkə arasında bütün səviyyələrdə səmərəli təmasların mövcud olduğunu qeyd edib. Xarici işlər naziri Ceyhun Bayramov həm ikitərəfli, həmdə çoxtərəfli müstəvilərdə iki ölkə arasında bir birinin maraqlarını nəzərə alan səmərəli təmasların və əməkdaşlığın mövcud olduğunu söyləyib.

 

 

 

 

Öz növbəsində nazir Sergey Aleynik, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün bir sıra mötəbər tədbirlərlə qeyd edildiyini məmnunluqla vurğulayıb. Belarus xarici işlər naziri habelə ölkələr arasında kənd təsərrüfatı, turizm, maşınqayırma və digər sahələrdə geniş tarixi əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

 

 

 

 

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no37023

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

2 + 3 = ?