GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
GÜNDEM

Manisadakı soydaşlarımız Çanaqqala şəhidlərimizin xatirəsini yad ediblər

Editör Yazar / Editör
09.05.2023 17:08 2 Dk Okuma
Manisadakı soydaşlarımız Çanaqqala şəhidlərimizin xatirəsini yad ediblər


 

 

 

Manisadakı soydaşlarımız Çanaqqala şəhidlərimizin xatirəsini yad ediblər
, 2023

Manisadakı soydaşlarımız Çanaqqala şəhidlərimizin xatirəsini yad ediblər
Türkiyədə fəaliyyət göstərən Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin və Manisa Azərbaycanlı Tələbələr Topluluğunun fəalları Çanaqqala Şəhidləri Abidəsini və bu kompleksdə ucaldılmış Azərbaycan şəhidlərinin abidəsini ziyarət ediblər.

Anım mərasimi Manisa Böyükşəhər Bələdiyyəsinin, Canaqqala Bələdiyyəsinin, Canaqqala Uluslararası Gənc Turizmçilər Dərnəyinin və İzmir-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin dəstəyi ilə baş tutub.

 

 

 

 

Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran mərasim iştirakçıları şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər, “bir millət, iki dövlət” olan ölkələrimizin maraqlarını daim üca tutmağa and içiblər.

Canaqqala Uluslararası Gənc Turizmçilər Dərnəyinin təmsilçiləri Azərbaycan şəhidlərinin abidəsinin ziyarət olunmasının ənənəvi hal almasının, Azərbaycandan çoxlu sayda ziyarətçilərin gəlməsinin zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, 1915-1916-cı illərdə Çanaqqala döyüşləri zamanı türk torpaqları uğrunda canlarından keçmiş azərbaycanlıların xatirəsinə həsr olunmuş abidə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2023-cü ildə ucaldılıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/manisadaki-soydaslarimiz-canaqqala-sehidlerimizin-xatiresini-yad-edibler-2870

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

7 + 3 = ?