Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Londondakı icmamız “Amnesty İnternational” beynəlxalq təşkilatının ofisi qarşısında etiraz edib

Londondakı icmamız “Amnesty İnternational” beynəlxalq təşkilatının ofisi qarşısında etiraz edib
REKLAM ALANI
21.08.2023
A+
A-

 

 

 

 

 

Londondakı icmamız “Amnesty İnternational” beynəlxalq təşkilatının ofisi qarşısında etiraz edib

, 2023

 

 

 

Londondakı icmamız “Amnesty İnternational” beynəlxalq təşkilatının ofisi qarşısında etiraz edib

London şəhərində yerləşən “Amnesty İnternational” beynəlxalq qeyri-hökumət təşkilatının ofisi qarşısında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması nümayəndələrinin dinc aksiyası keçirililib.

 

 

 

 

Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsədilə gerçəkləşdirilib.

 

 

 

 

 

Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Azərbaycanlı girovlara görə ədalət tələb edirik!”, “Azərbaycanlı girovları azad edin!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!” şüarlarını nümayiş etdiriblər.

 

 

 

 

İndiyədək bu aşkar pozuntulara lazımi reaksiya vermədiyinə görə “Amnesty İnternational”ı qınayan aksiya iştirakçıları beynəlxalq təşkilatı Azərbaycanın Qarabağ bölgəsinin ətraf mühitinin qorunması, Ermənistanın ekosidinə son qoyulması, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin təmin olunması və insan hüquqlarının qorunması istiqamətində əməli fəaliyyətə keçməyə çağırıblar.

Aksiya ilə maraqlanan londonlularun diqqəti 30 il ərzində ölkəmizə qarşı təcavüzkar və qəsbkar siyasət yürütmüş Ermənistanın hərbi və ekoloji cinayətlərinə cəlb edilib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın xəritələri təqdim etməməsinin qanun pozuntusu olduğu, azərbaycanlıların insan haqlarını kobudcasına pozduğu nəzərə çatdırılıb.

 

 

 

 

Üstəlik, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutları yaymasının III Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil etdiyi, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı vurğulanıb. Ermənistanın yolverilməz əməlləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi vurğulanıb.

Tədbirin sonunda aksiyanın qətnaməsi “Amnesty İnternational” beynəlxalq təşkilatının ofisinə təqdim edilib.

 

 

 

Qeyd edək ki, Azərbaycanın bölgədəki sülh səylərinin dərk edilməsi və dəstəklənməsi barədə Koordinasiya Şurasının bəyanatı BMT, “Amnesty İnternational” və digər beynəlxalq təşkilatlara da göndərilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/londondaki-icmamiz-amnesty-international-beynelxalq-teskilatinin-ofisi-qarsisinda-etiraz-edib-3372

 

 

REKLAM ALANI