GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
DÜNYA

Komitə sədri amerikalı jurnalistlərlə görüşüb

Editör Yazar / Editör
21.04.2023 00:30 3 Dk Okuma
Komitə sədri amerikalı jurnalistlərlə görüşüb


 

 

 

Komitə sədri amerikalı jurnalistlərlə görüşüb
2023
Komitə sədri amerikalı jurnalistlərlə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringer və “Yentas in the City” podkast şirkətinin rəhbəri Ester Eti El-Kiss Mizrahi ilə görüşü keçirilib.

 

Qonaqları salamlayan Komitə sədri dövlətimizin diaspor siyasəti, DİDK-nın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, bu yaxınlarda gerçəkləşdirilmiş Kanada və ABŞ-a səfərinin nəticələri barədə danışıb. Azərbaycan həqiqətlərinin və zəngin mədəniyyətinin təbliği istiqamətində həyata keçirdikləri işlərə və layihələrə görə ABŞ-Azərbaycan Mədəniyyət Fonduna minnətdarlığını bildirib.

 

 

 

 

Nurit Qringer bildirib ki, ABŞ və İsraildən bir qrup media əməkdaşının daxil olduğu nümayəndə heyəti ilə birlikdə Azərbaycana növbəti səfərə gəlib. Səfər proqramı barədə ətraflı məlumat verən Nurit Qringer rəhbərlik etdiyi fondun layihələrinin gerçəkləşdirilməsində dəstəyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

 

Sonra regionda baş verən son proseslər, ABŞ-Azərbaycan və İsrail-Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə dolğun şəkildə çatdırılması və sair məsələlər müzakirə edilib.

 

Görüş gələcək layihələr və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/komite-sedri-amerikali-jurnalistlerle-gorusub-2813

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

6 + 7 = ?