GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
KÜLTÜR SANAT

Komitə əməkdaşları Qazaxıstana səfər ediblər

Editör Yazar / Editör
01.03.2023 08:06 3 Dk Okuma
Komitə əməkdaşları Qazaxıstana səfər ediblər


 

 

 

 

Komitə əməkdaşları Qazaxıstana səfər ediblər
, 2023
Komitə əməkdaşları Qazaxıstana səfər ediblər

Qazaxıstanın Aktau şəhərinə səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları “Dostluq Evi”ni ziyarət ediblər.

“Dostluq Evi”nin direktoru Amanqul Calilxanova ilə görüş zamanı Komitənin şöbə müdiri Vüsal Məmmədov Azərbaycan dövlətinin diaspor siyasətindən, Komitənin diaspor quruculuğu sahəsində həyata keçirdiyi layihələrdən danışıb, dövlətlərarası münasibətlərin inkişafında diaspor amilinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qazaxıstanda yaşayan soydaşlarımızın bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində fəal çalışdığını, ictimai-siyasi həyatda yaxından iştirak etdiyini nəzərə çatdırıb. İldən-ilə daha da genişlənən ikitərəfli əməkdaşlıq münasibətlərin və dostluq əlaqələrinin inkişafında Azərbaycan və Qazaxıstan dövlətləri liderlərinin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə iştirak edən “Dostluq” Azərbaycan Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov Aktauda fəaliyyət göstərən diasporumuzun fəaliyyəti haqqında geniş məlumat verib.

Sonra DİDK əməkdaşları “Dostluq Evi”ndə fəaliyyət göstərən müxtəlif icmalara yaradılmış şəraitlə tanış olublar.

Tədbirin sonunda DİDK adından “Dostluq Evi”nin direktoruna və “Dostluq” Azərbaycan Etnomədəni Birliyinin sədrinə xatirə hədiyyələri təqdim edilib.

Görüşdə Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri v.i.e., konsul Elçin Məmmədov da iştirak edib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/komite-emekdaslari-qazaxistana-sefer-edibler-2482

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

6 + 1 = ?