Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Kanada parlamentində 28 May – Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib

Kanada parlamentində 28 May – Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib
REKLAM ALANI
27.05.2024
A+
A-

Kanada parlamentində 28 May – Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib

2024

Kanada parlamentində 28 May – Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib

 

 

 

 

Azərbaycanın Müstəqillik Günü münasibətilə Ottavada Kanada parlamentində “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Ottavadakı “Qarabağ” Azərbaycan dili məktəbinin təsisçisi Nigar Əliyevanın birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Tədbirdə Kanada parlamentinin üzvləri Çandra Arya, Yasir Naqvi, Kanada Xarici işlər Nazirliyinin rəsmiləri, Azərbaycan diasporunun, o cümlədən Ottavada fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbi və Qızılbaş Qlobal İrsi Təşkilatının, eləcə də digər icmaların üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.

Tanınmış tenor, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Həsən Enaminin ifasında Azərbaycan və Kanadanın Dövlət himnləri səsləndikdən sonra “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri və Torontodakı Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova çıxış edib. O, qonaqlara və tədbirin ərsəyə gəlməsində xüsusi rola malik olan Kanada parlamentinin deputatı Çandra Aryaya təşəkkürünü bildirib.

Çandra Arya Azərbaycan icmasının Kanadanın ictimai və mədəni həyatındakı fəallığının artdığını və bundan məmnunluğunu ifadə edib. Ötən il Azərbaycanda səfərdə olan Çandra Arya çıxışında diqqəti ölkəmizdə dini tolerantlığın və multikultural dəyərlərin yüksək səviyyədə olduğuna yönəldib. Azərbaycanın Müstəqillik tarixini xatırlayaraq, şərqdə, müsəlman dünyasında ilk demokratik dövlətin yaradılmasını və qadınlara verilən hüquqları qeyd edib.

Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Kanada Azərbaycan icmasının təşəbbüsünə dəstək olaraq 28 May – Müstəqillik Günü münasibətilə Kanada parlamentində bayram tədbirinin keçirilməsinə şərait yaradan Çandra Aryaya təşəkkürünü bildirib, müstəqillik tarixinə nəzər salıb və müasir Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olaraq dünyəvi bir dövlət kimi inkişafına, multikuktural dəyərlərə, beynəlxalq hüquqa önəm verməsinə diqqəti yönəldib. S.Abbasova həmçinin Kanadadakı Azərbaycan icmasına xalqımızın bu önəmli tarixini birgə qeyd etdikləri üçün təşəkkür edib.

Tədbirdə Kanada Azərbaycan Evində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin və rəqs qrupunun rəhbəri Orxan İslamovun təqdimatında “Dağlar gözəli”, “Ey əziz anam, Azərbaycan” rəqsləri, məktəbin nağara qrupunun rəhbəri Cəmhur Hüseynov və şagirdlərin ifasında Azərbaycan ritmləri, eləcə də Həsən Enaminin ifasında vətənpərvərlik və xalq mahnıları təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən guşə də maraqla qarşılanıb.

Qeyd edək ki, Toronto Azərbaycan Evi 3 aprel 2023-cü ildən fəaliyyət göstərir.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/kanada-parlamentinde-28-may-musteqillik-gunu-munasibetile-bayram-tedbiri-kecirilib-4734

 

REKLAM ALANI