İsveçrənin Muzeylər Gecəsi və Mədəniyyət Festivalında Azərbaycan mədəniyyəti nümayiş olunub
2025
İsveçrənin Muzeylər Gecəsi və Mədəniyyət Festivalında Azərbaycan mədəniyyəti nümayiş olunub
İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyi Bern Bələdiyyəsi tərəfindən təşkil olunan Muzeylər Gecəsi və Bern Mədəniyyət Festivalında ölkəmizi vizual incəsənət və rəqs sahələrində uğurla təmsil edib.
https://x.com/DiasporaAz/status/1907358475513917877
Muzeylər Gecəsi çərçivəsində azərbaycanlı fotoqraf Andre Jabalının Azərbaycan mədəniyyətinə və dünyanın müxtəlif ölkələrinə aid fotoşəkilləri nümayiş etdirilib. Fotoqrafın bənzərsiz üslubunu və çəkdiyi kadrların dərin mənasını qonaqlar yüksək qiymətləndirib.
Festivalda Azərbaycanı rəqs nominasiyasında “Ritm” qrupu təmsil edib. Qrupun ifasında Azərbaycan xalq rəqsləri özünəməxsus dinamika, incəlik və coşqu ilə təqdim olunub və böyük maraqla izlənilib.
https://x.com/DiasporaAz/status/1907358475513917877
Münsiflər heyəti rəqqaslarımızın dəqiqliyini və milli üslubunu yüksək qiymətləndirərək, onları birinci yerə layiq görüb. Bu nəticə Azərbaycan mədəniyyətinin və ənənəvi rəqs sənətinin beynəlxalq səviyyədə necə yüksək qiymətləndirildiyinin daha bir sübutudur.
“Azərbaycanın Dostları” Birliyi bu cür tədbirlərdə iştirak üçün göstərilən dəstəyə görə, Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq edib.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1907358475513917877
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecrenin-muzeyler-gecesi-ve-medeniyyet-festivalinda-azerbaycan-medeniyyeti-numayis-olunub-5686
https://x.com/DiasporaAz/status/1907358475513917877
«Единая Россия» дала старт конкурсу музеев образовательных организаций «Военно-исторические диорамы: история в деталях»
Госдума приняла в первом чтении законопроект «Единой России» о дополнительной защите памяти жертв геноцида советского народа
Birleşik Rusya Yüksek Konseyi Bürosu ve CSKA, yeni ve sınır bölgelerine 20 ton insani yardım gönderdi
Birleşik Rusya, tüm Rusya’yı kapsayan “Zemsky Postacı-2026” yarışmasını başlattı
Birleşik Rusya, İrkutsk’ta kadınlara yönelik bir siyasi okul düzenledi
Birleşik Rusya ve Çin Komünist Partisi, 2026 yılı için ortak çalışma planlarını açıkladı