GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
GÜNDEM

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir 2 fevral, 2026 İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir.

Editör Yazar / Editör
03.02.2026 21:30 3 Dk Okuma
İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir

2 fevral, 2026

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir

Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə tərəfdaşlığı çərçivəsində baş tutan forum iki gün davam edəcək. Foruma 28 ölkədən 29 azərbaycanlı, eləcə də Azərbaycana dost xalqları təmsil edən gənc diaspor fəalları qatılıb.

Forumun məqsədi Azərbaycan Diaspor Gənclərinin (ADG) gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların diaspor fəaliyyətinə cəlb olunmasıdır.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İstanbul şəhərinin Bağcılar rayonunun kaymakamı Abdullah Uçqun, TADEF-in rəhbəri Ədalət Turan və təşkilatın idarə heyətinin üzvləri, İstanbulda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, Xalq artisti Əlixan Səmədov, Əməkdar artist Məlahət Abbasova, Əməkdar incəsənət xadimi Rəşad Zeynalov və Əməkdar rəssam Teymur Rzayev iştirak edir.

Forum çərçivəsində “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik”, “Diaspor və lobbiçilik”, “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçiriləcək. Eyni zamanda “Azərbaycan dilinin qorunması və təbliği”, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı”, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” mövzularında panel müzakirələri təşkil olunacaq.

 

https://x.com/DiasporaAz/status/2018323815374188595

 

Bununla yanaşı, Azərbaycan Diaspor Gənclərinin (ADG) 2026–2028-ci illər üçün Fəaliyyət Planının müzakirəsi, yeni koordinatorların təqdimatı və mədəni proqramların keçirilməsi nəzərdə tutulur.

Foto qalereya

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

Digər xəbərlər

 

kaynak:https://diaspor.gov.az/az/news-detail/istanbulda-azerbaycan-diaspor-gencleri-birlik-ve-inkisaf-forumu-kecirilir-6639

 

 

https://x.com/DiasporaAz/status/2018323815374188595

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

5 + 1 = ?