GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
GÜNDEM

İlham Əliyev Belarus Prezidenti ilə görüşüb

İlham Əliyev Belarus Prezidenti ilə görüşüb.

Abdullah Yiğit Yazar / Editör
11.11.2024 19:36 2 Dk Okuma
İlham Əliyev Belarus Prezidenti ilə görüşüb
İlham Əliyev Belarus Prezidenti ilə görüşüb 11 noyabr 2024, İlham Əliyev Belarus Prezidenti ilə görüşüb   https://x.com/YAP_1992/status/1855971705681826297 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.   https://x.com/YAP_1992/status/1855971705681826297   Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti vurğuladı ki, COP29-a hazırlıq işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata keçirilib.   https://x.com/YAP_1992/status/1855971705681826297   Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda dərin təəssürat hissi yaratdığını dedi. Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, ümumi ticarət dövriyyəsinin 41 faiz artdığı bildirildi. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində, modul tipli evlərin tikintisində Belarus şirkətlərinin iştirakı məmnunluqla qeyd olundu. Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirdi. Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladı.   https://x.com/YAP_1992/status/1855971705681826297   Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə istehsalını təşkil etmək məqsədilə işlərin getdiyi vurğulandı, Ağdam rayonunda aqroşəhərciyin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi məsələləri qeyd edildi. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR kaynak:https://president.az/az/articles/view/67279     https://x.com/YAP_1992/status/1855971705681826297

Abdullah Yiğit

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

9 + 7 = ?