GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
GÜNDEM

İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib

Editör Yazar / Editör
20.06.2022 17:07 2 Dk Okuma
İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib


İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib

 

İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.

Əhməd Əbul Qeyt Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi, ölkəmizdə və paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi. Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlətimizin başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğuladı. Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən Əhməd Əbul Qeyt Forumun aktual mövzuya həsr olunduğunu və tədbir çərçivəsində maraqlı müzakirələrin aparıldığını qeyd etdi. Qonaq Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq məsələlərinə toxundu.

Prezident İlham Əliyev tarixən Azərbaycanın ərəb dövlətləri ilə sıx əlaqələrə malik olduğunu, ölkələrimizin ortaq dini dəyərlər və tarix əsasında bir-birinə bağlı olduğunu bildirdi. Dövlətimizin başçısı 2007-ci ildə Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfərini və oradakı görüşlərini xatırladı.

Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.

Sonda Əhməd Əbul Qeyt Ərəb Dövlətləri Liqası adından dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

Kaynak:https://president.az/az/articles/view/56466

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

7 + 2 = ?