GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
KÜLTÜR SANAT

Eskişehirdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

Editör Yazar / Editör
12.12.2023 14:11 4 Dk Okuma
Eskişehirdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib


 

 

 

 

Eskişehirdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

, 2023

Eskişehirdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

 

 

 

Türkiyənin Eskişehir şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Eskişehir Azərbaycanlılar Dərnəyinin ev sahibliyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə 9-10 dekabr tarixində baş tutan yarışda Türkiyənin 16 universitetdə təhsil alan 20 azərbaycanlı tələbə iştirak edib.

 

 

 

Turnirin açılış mərasimində çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev dünyanın nüfuzlu siyasətçiləri və dövlət xadimləri sırasında özünəməxsus yer tutan Heydər Əliyevin xilaskar missiyasından, ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən danışıb. Onun bütün sahələrə olduğu kimi, idman sahəsinə də böyük diqqət və qayğı ilə yanaşdığı, Azərbaycanda güclü şahmat məktəbinin təşəkkülü məqsədilə mühüm qərarlar qəbul etdiyi vurğulanıb.

 

 

 

 

Sonra qrup mərhələsi oyunlarına start verilib. İki gün davam edən gərgin və maraqlı yarışda Kütahya Dumlupınar Universitetinin III kurs tələbəsi İbrahim Seyidov birinci yerə çıxıb. İkinci yeri Cəlal Bayar Universitetinin II kurs tələbəsi Fuad Məmmədli, III yeri 9 Eylül Universitetinin I kurs tələbəsi Gülümşah Ağacan tutub. 9 Eylül Universitetinin magistratura pilləsində təhsil alan Cahangir Mirizadə həvəsləndirici mükafata layiq görülüb.

Turnir bağlanış mərasimi ilə başa çatıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/eskisehirde-heyder-eliyevin-100-illik-yubileyine-hesr-olunmus-sahmat-turniri-kecirilib-3921

 

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

4 + 4 = ?