Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Dövlət Komitəsində mərakeşli jurnalistlərlə görüş olub

Dövlət Komitəsində mərakeşli jurnalistlərlə görüş olub
REKLAM ALANI
06.02.2024
A+
A-

 

 

 

Dövlət Komitəsində mərakeşli jurnalistlərlə görüş olub

2024

Dövlət Komitəsində mərakeşli jurnalistlərlə görüş olub

 

 

 

Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri ölkəmizə səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

 

 

 

Qonaqları salamlayan komitə sədrinin müavini Elşad Əliyev Mərakeşin tanınmış və nüfuzlu jurnalistlərinin ölkəmizə səfərindən məmnunluq duyduğunu bildirib. Azərbaycanın diaspor siyasəti, komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları və s. barədə ətraflı məlumat verib.

 

 

 

Görüşdə ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri ilə, o cümlədən xarici jurnalistlərlə əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra irihəcmli layihələrin həyata keçirildiyi, xarici jurnalist, ekspert və tarixçilərin işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlərinin təşkil olunduğu diqqətə çatdırılıb.

 

 

 

 

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanla tanışlığa paytaxt Bakıdan başladıqlarını və qarşıdakı günlərdə işğaldan azad olunmuş Qarabağın müxtəlif bölgələrinə səfərlərini maraqla gözlədiklərini qeyd ediblər.

 

 

 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın xarici jurnalistlərin maraq dairəsində olduğu, belə səfərlərin regionda baş verən hadisələrlə, Qarabağda aparılan yenidənqurma işləri ilə daha yaxından tanış olmalarına şərait yaratdığı, beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

 

 

 

 

Görüşdə jurnalistlərin çoxsaylı sualları cavablandırılıb və onlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, mərakeşli jurnalistlərdən ibarət nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Nümayəndə heyətinə MAP agentliyinin redaktoru Mohammed Aswab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” qəzetinin redaksiya direktoru Souhail Nhaili, “Al Bayane” qəzetinin direktorluğunun rəhbəri, nəşrlər üzrə direktor Mahtat Rakas, “La Vie Eco” qəzetinin direktoru Fahd İraqi, “Le Desk” müstəqil rəqəmsal mətbu orqanının həmtəsisçisi Fatima Lqadiri, “TelQuel” fransızdilli həftəlik xəbər jurnalının əməkdaşı Yassine Majdi, BBMTV onlayn xəbər kanalının operatoru Bouchaib Brhadda və müstəqil fotoqraf Bahou Elhassan daxildir.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinde-merakesli-jurnalistlerle-gorus-olub-4188

 

 

 

 

REKLAM ALANI