Diasporla İş üzrə Dövlət Komitəsinin 2024-cü ildə 9 aylıq fəaliyyəti rəqəmlərdə
, 2024
Diasporla İş üzrə Dövlət Komitəsinin 2024-cü ildə 9 aylıq fəaliyyəti rəqəmlərdə
Diasporla İş üzrə Dövlət Komitəsinin bu ilin 9 ayı ərzindəki fəaliyyəti diaspor təşkilatları və xaricdəki Azərbaycan icmalarının ayrı-ayrı üzvləri, eləcə də ölkə ictimaiyyəti ilə qurumun əlaqələrinin daha da genişləndiyini, intensivləşdiyini sübut edir. Komitə müasir forma və metodları tətbiq edərək Azərbaycan diasporu üçün məlumatların əlçatanlığının daha da artmasına nail olub.
https://x.com/DiasporaAz/status/1852308569556689133
2024-cü ilin 9 ayı ərzində diaspor təşkilatları və ayrı-ayrı icma üzvlərindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 416 təbrik, müraciət və təşəkkür məktubu ünvanlanıb.
https://x.com/DiasporaAz/status/1852308569556689133
Xaricdəki Azərbaycan icmalarının üzvlərinin və diaspor təşkilatlarının müxtəlif mövzularla bağlı beynəlxalq təşkilatlara göndərdikləri müraciət və bəyanatların sayı 107 olub.
Xarici ölkələrə səfərlər zamanı komitə rəhbərliyi və əməkdaşları xaricdə yaşayan azərbaycanlılarla 218, rəsmi şəxslərlə 163 görüş keçiriblər. Bu müddətdə xaricdə yaşayan soydaşlarımızla keçirilən kütləvi görüşlərdə 4827 nəfər iştirak edib.
Diaspor üzvlərinin ölkəmizə səfərləri zamanı 933 soydaşımızla komitədə görüş baş tutub.
Komitə əməkdaşlarının xaricdə yaşayan azərbaycanlılar və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri ilə kommunikasiyanın inkişafı və genişlənməsi üçün daha çevik əlaqə sistemi formalaşdırılıb, e-mail, Whatsapp, SMS və telefon vasitəsilə 112349 nəfərlə danışıq və yazışma həyata keçirilib.
Bununla yanaşı komitənin rəsmi e-mail ünvanına ([email protected]) ümumilikdə 2434 müraciət daxil olub. Müraciətlərin 475-i vətəndaşların fərdi müraciəti olub və hər bir müraciət baxılaraq cavablandırılıb.
2024-cü ilin 9 ayı ərzində sənəd dövriyyəsində sənədlərin ümumi sayı 14644, komitəyə daxil olan vətəndaş zənglərinin ümumi sayı isə 1036 olub və zənglər aidiyyəti üzrə cavablandırılıb.
Komitə qeyd olunan müddətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı daha səmərəli şəkildə davam etdirib və qurumda istehsalat təcrübəsində olan ali təhsil müəssisələri tələbələrinin sayı ötən illərlə müqayisədə 3 dəfə artıb. 2024-cü ilin 9 ayında 71 tələbə DİDK-da faydalı təcrübə əldə edib.
https://x.com/DiasporaAz/status/1852308569556689133
Diasporla İş üzrə Dövlət Komitəsinin kommunikasiya siyasətində irəliləyiş və yeni keyfiyyət göstəriciləri müşahidə olunub. Cari ilin 9 ayı ərzində komitənin və Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı 1011 xəbərin press-relizi hazırlanıb. Xəbərlərin 262-si siyasi, 187-si mədəni, qalanı, yəni 562-si maarifləndirici istiqamətdə olub. Məlumatlar komitənin saytında, 100 adda xəbər saytında, bütün yerli TV-lərdə, kabel televiziyalarında və onlarla youtube kanalında yayımlanıb.
Qeyd olunan dövrdə komitənin xətti ilə xarici mətbuat orqanlarında 729 məqalə işıq üzü görüb.
https://x.com/DiasporaAz/status/1852308569556689133
2024-cü ilin 9 ayı ərzində İTV ilə komitənin Youtube kanalı olan Diaspor TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” verilişinin ayda 2 buraxılışı hazırlanaraq İctimai TV-nin efirində yayımlanıb. Verilişlərin çəkilişi ABŞ, Qazaxıstan, İtaliya, Türkiyə və Almaniyada, eləcə də diaspor nümayəndələrinin səfərləri zamanı Azərbaycanda aparılıb. Komitənin və xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti mütəmadi olaraq Diaspor FM-də səsləndirilib, radionun xaricdən və Azərbaycandan onlarla qonağı olub.
https://x.com/DiasporaAz/status/1852308569556689133
Kommunikasiya strategiyasına uyğun olaraq komitə rəhbərliyinin, əməkdaşların, diaspor nümayəndələrinin yerli TV və radiolarda çıxışlarının sayı 500-ü ötüb. Komitənin və xaricdəki Azərbaycan icmalarının fəaliyyəti ilə bağlı analitik yazılar “Azeri-Observer” jurnalında, “Azərbaycan-Türkiyə” jurnalında və ölkənin müxtəlif media orqanlarında yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsi Diaspor Gənclərinin Yay Düşərgələri, Diaspor Gənclərinin Qış Düşərgələri, Qardaşlaşmış Qarabağ Məktəbləri, Liderliyin İnkişafı, Diaspor Gəncləri Şəbəkəsi, 1+1 Gənclər Proqramı, E-akademiya, Beyinqazanma, Diaspor Könüllüləri, Türkdilli Dövlətlərin Gənclərinin Forumları, Xaricdəki Azərbaycanlı Alimlərin Forumları, Xaricdəki Azərbaycanlı Həkimlərin Forumları, Xaricdəki Azərbaycanlı Mühəndislərin Forumları, Xaricdəki Azərbaycanlı Tələbələrin Forumları, Diasporun Qarabağa səfərləri və digər irihəcmli layihələri uğurla davam etdirib.
Komitənin dəstəyi, diaspor alimlərinin və xarici alimlərin iştirakı ilə dünyanın tanınmış ali təhsil ocaqlarında ölkəmizin tarixi və müasir inkişaf dövrü ilə bağlı onlarla elmi konfrans təşkil olunub. Bu konfranslar informasiya müharibəsinə böyük töhfə verib və Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Qeyd olunan layihələrdə ümumilikdə minlərlə soydaşımız və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri iştirak edib.
Son zamanlar komitənin təşkilatçılığı ilə keçirilən kütləvi tədbirlərin, həmçinin ixtisaslaşmış forumların sayının artması, eləcə də diasporun və ölkə ictimaiyyətinin bu tədbirləri təqdir etməsi komitənin sosial şəbəkə hesablarının izlənmə dərəcəsinə müsbət təsir göstərib.
https://x.com/DiasporaAz/status/1852308569556689133
Komitə diaspor siyasətini Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirir, diasporla əlaqələrin genişləndirilməsi, informasiyanın əlçatanlığının təmin olunması, dünya azərbaycanlılarının vahid şəbəkəsinin yaradılması sahəsindəki fəaliyyəti daha da təkmilləşdirir.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/diasporla-is-uzre-dovlet-komitesinin-2024-cu-ilde-9-ayliq-fealiyyeti-reqemlerde-5214
https://x.com/DiasporaAz/status/1852308569556689133
Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation
В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи
Cumhurbaşkanı, Macaristan Devlet Meclisi Başkanı Laszlo Kövér ile görüştü
В Рязанской области создали региональный Совет первичных отделений «Единой России»
Okullar, ilk yardım istasyonları, spor alanları, parklar: Birleşik Rusya, bölgelerdeki halk programının nesnelerini inceliyor
«Единая Россия» открыла в ижевской школе зал для занятий самбо