Boks üzrə Gürcüstan çempionatının qalibləri uğurları ilə bağlı müsahibə veriblər
2025
Boks üzrə Gürcüstan çempionatının qalibləri uğurları ilə bağlı müsahibə veriblər
Batumi şəhərində yeniyetmələr və gənclər arasında keçirilən boks üzrə Gürcüstan çempionatının qalibləri, milli komandanın üzvləri olan soydaşlarımız və onların məşqçiləri qazandıqları qələbə haqqında öz fikirlərini bölüşüblər.
https://x.com/DiasporaAz/status/1907071396661899502
48 kq çəki dərəcəsində yarışan Elvin Paşanov məşqlərin Qardabani rayonunda davam etdiyini, milli komandanın tərkibində Avropa birinciliyinə hazırlaşdığını deyib.
48 kq çəki dərəcəsində bir digər boksçu Emil İsmayılov qazandığı uğura görə məşqçilərinə təşəkkürünü bildirib.
54 kq çəkidə rinqə çıxan Seymur Nəsibov Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlaşdığını bildirərək orada da yüksək nəticə əldə edəcəyinə əmin olduğunu deyib.
67 kq dərəcəsində 4 qat Gürcüstan çempionu, Avropa və Dünya çempionatının iştirakçısı Elnur Abdullayev Borjomi, Kutaisi, Batumi və Tbilisidə keçirilən məşqlərdə iştirak edərək Avropa çempionatına hazırlaşdığını söyləyib.
https://x.com/DiasporaAz/status/1907071396661899502
Qardabani rayonundakı idman məktəbinin məşqçisi Vüqar Məmmədov Gürcüstan çempionatında daim yüksək nəticələr göstərən yetirmələrinin intensiv olaraq Avropa çempionatına hazırlaşdığını diqqətə çatdırıb. Məktəbin boksçularının sayının hər il artdığını, hazırda 30 nəfər təşkil etdiyini vurğulayıb.
https://x.com/DiasporaAz/status/1907071396661899502
Rustavi şəhərindəki idman məktəbinin baş məşqçisi, Beynəlxaq dərəcəli hakim Eduard Mərdanov 2025-ci ili boksçular üçün uğurlu sayıb. İdman məktəbində 200-dən artıq yeniyetmə və gəncimizin məşq etdiyini bildirib. Məktəbin iki idmançısı kişilər arasında 60 və 92 çəki dərəcəsində Gürcüstan çempionatının qalibi olublar.
https://x.com/DiasporaAz/status/1907071396661899502
Məlumat üçün qeyd edək ki, görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Alyans” Gənclər Mərkəzinin “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində Marneulidəki “Azərbaycan Evi”ndə “Caucasus Arena” Assosiasiyasının təşəbbüsü ilə keçirilib.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1907071396661899502
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/boks-uzre-gurcustan-cempionatinin-qalibleri-ugurlari-ile-bagli-musahibe-veribler-5682
https://x.com/DiasporaAz/status/1907071396661899502
Hastaneler, meydanlar ve köprüler: Birleşik Rusya, bölgelerdeki kamu programlarına ait tesislerdeki büyük onarımları yakından takip etti
MEHMET KIZIL’DAN 1 MAYIS EMEK VE DAYANIŞMA GÜNÜ KUTLAMA MESAJI
NESLİHAN YÜRÜKSOY’ DAN 1 MAYIS EMEK VE DAYANIŞMA GÜNÜ KUTLAMA MESAJI
Message from Asaf Atasoy, Chairman of the Board of Directors of Asfa Holding, on the occasion of May 1st Labor and Solidarity Day.
Birleşik Rusya’nın desteğiyle Moskova’da bir dövüş sanatları turnuvası düzenlendi
İletişim, ulaşım, ocaklar ve ilaç: Birleşik Rusya, Kuzeydoğu Askeri Bölgesi’ndeki insani yardım misyonuna devam ediyor