GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
KÜLTÜR SANAT

Barselonada Xocalı soyqırımının qurbanları anılıb

Editör Yazar / Editör
01.03.2023 04:38 2 Dk Okuma
Barselonada Xocalı soyqırımının qurbanları anılıb


 

 

 

Barselonada Xocalı soyqırımının qurbanları anılıb
, 2023
Barselonada Xocalı soyqırımının qurbanları anılıb
İspaniyanın Barselona şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının, Türkiyə və Suriyadakı dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımı haqqında sənədli film nümayişindən sonra Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Nizami Namazov XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib.

Anım konsertində Macarıstanda yaşayan həmyerlimiz, kamança ifaçısı Fərid Qənbərli və Kataloniya orkestri çıxış edib. Musiqiçilərin ifasında Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.

Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotosərgi və anım güşəsi təşkil edilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/barselonada-xocali-soyqiriminin-qurbanlari-anilib-2463

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

8 + 1 = ?