GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
DÜNYA

Azərbaycanın Praqadakı dostları erməni separatçılarının sülhə vadar edilməsini alqışlayır

Editör Yazar / Editör
28.09.2023 00:10 5 Dk Okuma
Azərbaycanın Praqadakı dostları erməni separatçılarının sülhə vadar edilməsini alqışlayır


 

 

 

Azərbaycanın Praqadakı dostları erməni separatçılarının sülhə vadar edilməsini alqışlayır
27 sentyabr, 2023

 

 

 

Azərbaycanın Praqadakı dostları erməni separatçılarının sülhə vadar edilməsini alqışlayır

Praqada yaşayan Azərbaycansevərlər ölkəmizin Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən və millətlərarası gərginliyi qızışdıran erməni separatçılarının sülhə vadar edilməsini alqışlayırlar.

 

 

 

Bu münasibətlə Azərbaycanın dostu Zdenek İsmayılov Cibulka məşhur Vatslav meydanından xalqımıza müraciət edib.

 

 

 

 

Qeyd edək ki, Zdenek əslən çexdir. Onun həyat yoldaşı diasporumuzun fəal üzvü olan Azərbaycan əsilli Mehriban İsmayılovadır. Azərbaycanı çox sevdiyindən, Zdenek öz soyadına İsmayılov soyadını da rəsmi şəkildə əlavə etdirib.

 

 

 

 

Zdenek İsmayılov Cibulka bildirib ki, Azərbaycanın 19 sentyabr tarixli antiterror tədbirləri Qarabağdakı separatizmə birdəfəlik son qoydu: “Qarabağ uğrunda mücadilə 30 il davam etdi. Nəhayət ki, bitdi. Ümid edirəm ki, Azərbaycanın Qarabağ bölgəsindən didərgin salınmış etnik azərbaycanlılar öz dədə-baba yurdlarına təhlükəsiz şəkildə qayıda biləcəklər”.

Vatslav meydanında təşkil edilmiş sərgi-aksiyanın Azərbaycan hərbçilərinin qəhrəmanlığına və Ermənistanın mina terroruna həsr olunduğunu vurğulayan Zdenek İsmayılov Cibulka deyib ki, bundan sonra Azərbaycan xalqına əmin-amanlıq, sülh və rifah içində yaşamağı arzulayır.

 

 

 

 

Xatırladaq ki, 26 fevral 2023-cü il tarixində Vyananın məşhur “Heldenplatz” meydanında keçirilmiş Ümumavropa Qarabağ mitinqində çıxış edərək, beynəlxalq ictimaiyyətdən Xocalıya ədalət tələb edən Azərbaycanın dostlarından biri də Zdenek İsmayılov Cibulka olub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

 

 

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanin-praqadaki-dostlari-ermeni-separatcilarinin-sulhe-vadar-edilmesini-alqislayir-3577

 

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

1 + 6 = ?