Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Azərbaycan Türküstanda keçirilən türk xalqlarının mədəniyyət festivalında təmsil olunub

Azərbaycan Türküstanda keçirilən türk xalqlarının mədəniyyət festivalında təmsil olunub
REKLAM ALANI
19.03.2023
A+
A-

 

 

 

 

Azərbaycan Türküstanda keçirilən türk xalqlarının mədəniyyət festivalında təmsil olunub
, 2023
Azərbaycan Türküstanda keçirilən türk xalqlarının mədəniyyət festivalında təmsil olunub
Qazaxıstanın Türküstan vilayətindəki “Karvansaray” turist kompleksində Novruz bayramı münasibətilə keçirilmiş türk xalqlarının mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib.

Türküstan vilayəti akiminin müavini Beysenbay Tajibayev və digər rəsmi şəxslər Azərbaycan guşəsini ziyarət ediblər.

“Qarabağ” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva Azərbaycan guşəsinə böyük maraq göstərən Qazaxıstanın yerli kütləvi informasiya vasitələrinə müsahibələrində milli mətbəximiz, süfrə mədəniyyətimiz barədə ətraflı məlumat verib və Azərbaycan icması adından qazax xalqını Novruz bayramı münasibətilə təbrik edib. Birlik sədri bu festivalda yüksək səviyyədə iştiraklarına görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Festival türk dövlətlərindən olan bütün nümayəndələrin müxtəlif təamlar, o cümlədən Azərbaycan milli təamlarının düzüldüyü eyni süfrə arxasına keçməsi ilə yekunlaşıb. Süfrə arxasında çıxış edən rəsmilər türk dünyasının bütövlüyündən və həmrəyliyindən danışıb, Novruz bayramını türk xalqlarını birləşdirən ən böyük milli adət-ənənələrdən biri adlandırıblar. Onlar bütün türk dövlətlərinə, o cümlədən Azərbaycana böyük sevgilərini ifadə ediblər.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin Qazaxıstana ezam olunan əməkdaşları da iştirak ediblər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-turkustanda-kecirilen-turk-xalqlarinin-medeniyyet-festivalinda-temsil-olunub-2608

 

 

 

REKLAM ALANI