GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
KÜLTÜR SANAT

Azərbaycan Texasın Plano şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub

Editör Yazar / Editör
19.10.2023 09:03 4 Dk Okuma
Azərbaycan Texasın Plano şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub


 

 

 

 

Azərbaycan Texasın Plano şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub

, 2023

 

 

 

Azərbaycan Texasın Plano şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub

 

 

 

ABŞ-nin Texas ştatının Plano şəhərində keçirilən XX Beynəlxalq multikultural festivalda Azərbaycan ikinci dəfə təmsil olunub.

 

 

 

Müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən beynəlxalq festivalda Avropa, Asiya və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak ediblər.

Texas ştatının Dallas şəhərində yaşayan Azərbaycan icmasının fəalları Dürdanə Balakişiyeva, Züleyxa Əsədova, Ləman Hendriks və digər həmyerlilərimizin təşkil etdiyi Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, turizm potensialını və adət-ənənələrini əks etdirən kitablar, suvenirlər, milli geyimlər, mətbəx nümunələri nümayiş etdirilib. Kitabların arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ingilis dilində nəşr olunmuş “Sirlər xəzinəsi” poeması da olub.

 

 

 

Festivalın əyləncəli proqramı çərçivəsində təşkil edilən Beynəlxalq Dəb Şousunda Azərbaycan əsilli tanınmış rəqqasə Ləman Hendriks, milli balet və rəqslərimizin ifaçısı Vivyen Bennett çıxış ediblər. Onların ifasında “Naz eləmə”, “Qaval”, “Yüz biri” rəqsləri və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletindən parça təqdim edilib. Festival iştirakçıları və amerikalılar milli rəqslərimizin və geyimlərimizin təqdimatını heyranlıqla izləyiblər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-texasin-piano-seherindeki-beynelxalq-festivalda-temsil-olunub-3688

 

 

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

5 + 5 = ?