GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
KÜLTÜR SANAT

Azərbaycan icmasının üzvü Dünya Yaddaş Çempionatının qalibi olub

Editör Yazar / Editör
16.12.2023 19:38 4 Dk Okuma
Azərbaycan icmasının üzvü Dünya Yaddaş Çempionatının qalibi olub


 

 

 

Azərbaycan icmasının üzvü Dünya Yaddaş Çempionatının qalibi olub

2023

Azərbaycan icmasının üzvü Dünya Yaddaş Çempionatının qalibi olub

 

 

 

İspaniyanın Barselona şəhərində yaşayan Azərbaycan icmasının fəal üzvü Orxan İbadov Hindistanın Mumbay şəhərində keçirilmiş Dünya Yaddaş Çempionatında növbəti uğurunu qazanıb.

 

 

 

Dünyanın ən güclü 780 zəka sahibinin qatıldığı yarışda Azərbaycanı təmsil edən Orxan İbadov iki kateqoriyada qızıl, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medallar almaqla çempionatın ən çox medal qazanan iştirakçısı olub. O, bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayıb və yeni dünya rekorduna imza atıb. Bundan başqa, 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlamaqla bütün rəqiblərini qabaqlayıb.

 

 

 

Ekspertlər hesab edirlər ki, bu, Azərbaycanın müstəqillik dövründə beynəlxaq intellektual yarışlarda qazanılan ən məhsuldar nəticədir.

 

 

 

 

Qeyd edək ki, Orxan İbadov 2017-ci ildən etibarən sərbəst şəkildə Azərbaycanı mötəbər beynəlxalq yaddaş və beyin yarışlarında təmsil edir. İlk qələbəsini 2017-ci ilin noyabrında İstanbulda keçirilən “MEMORİAD” yarışında qazanıb. Sonrakı illərdə Filippin, Danimarka, Avstriya, Almaniya, Misir, Fransa və digər ölkələrdə, eyni zamanda onlayn formatda keçirilən yarışlarda yüksək nəticələr nümayiş etdirib.

Soydaşımız Azərbaycan, İspaniya, Tailand və digər ölkələrdə zehni inkişaf, yaddaş və beyindən səmərəli istifadə və digər mövzularla bağlı təlimlər keçir.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi parlaq qələbəsi münasibətilə Orxan İbadovu səmimi-qəlbdən təbrik edir, gələcək yarışlarda davamlı qələbələr qazanmağı arzulayır.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-icmasinin-uzvu-dunya-yaddas-cempionatinin-qalibi-olub-3967

 

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

8 + 3 = ?