GÜNDEMİ BUL MENÜ

33 Mersin Gazetesi
Paylaş:
X
DÜNYA

Azərbaycan ABŞ-ın Leykvill şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub

Editör Yazar / Editör
27.05.2023 07:27 3 Dk Okuma
Azərbaycan ABŞ-ın Leykvill şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub


 

 

 

Azərbaycan ABŞ-ın Leykvill şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub

, 2023
Azərbaycan ABŞ-ın Leykvill şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub

ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən icmamız Leykvill (Lakeville) şəhərində keçirilən “Sülh içində Birgə Yaşamanın Beynəlxalq Günü” festivalında Azərbaycanı təmsil edib.

Minnesota-Azərbaycan Assosiasiyası tərəfindən “Valley Lake” parkında təşkil olunmuş Azərbaycan guşəsində ölkəmizin tarixini, zəngin mədəniyyətini, turizm imkanlarını əks etdirən kitablar, broşürlər, milli geyimlər, suvenirlər və “Azerbaijani Socks” brendinin sahibi Teresa Hamlinin rəhbərliyi ilə azərbaycanlı xanımların əl işlərindən ibarət kolleksiya nümayiş etdirilib.

Tədbir zamanı Azərbaycan guşəsi ilə maraqlanan şəhər sakinlərinə ölkəmiz barədə məlumat verilib, Azərbaycanı vəsf edən, Minnesota-Azərbaycan Assosiasiyasının fəaliyyətini işıqlandıran broşürlər paylanıb.

 

 

 

 

Festivalın konsert hissəsində Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnanın ifasında “Ağ çiçəyim” Azərbaycan rəqsi təqdim olunub. Diaspor təşkilatı rəhbərinin rəqsini maraqla izləyən tamaşaçılar onun cəsarətli çıxışını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Günel xanım bu rəqsi tanınmış rəqqasə Ləman Hendriksdən cəmi 2 gün ərzində öyrənib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-abs-in-leykvill-seherinde-kecirilen-beynelxalq-festivalda-temsil-olunub-3007

 

 

Editör

Gündemi Bul yazarı. Gündemdeki son gelişmeleri, bağımsız analizleri ve araştırmaları sizlerle paylaşıyor.

YAZARIN DİĞER YAZILARI

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

6 + 2 = ?