Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mersin °C

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
REKLAM ALANI
04.07.2024
A+
A-

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
, 2024

 

 

 

 

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburq əyalətinin Bad Hofqastayn qəsəbəsində 4-cü Millətlər Festivalı keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

 

 

 

 

Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsində yerləşən qəsəbədəki festivalın məqsədi müxtəlif xalqların mədəni müxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil müəssisəsinin, Bad Hofqastayn bələdiyyəsinin və Turizm Birliyinin əməkdaşlığı ilə təşkil etdiyi festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb. Guşədə Azərbaycan milli xörəkləri və şirniyyatları, eləcə də Azərbaycan istehsalı olan məhsul və suvenirlər sərgilənib. Festivalda milli geyimdə iştirak edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvləri tərəfindən yerli sakinlərə və turistlərə ölkəmiz, onun zəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verilib, kitab və broşürlər hədiyyə olunub.

 

 

 

 

Festivalda müxtəlif ölkələrin nümayəndələri öz milli musiqi və rəqslərini də təqdim ediblər. Soydaşlarımızın təqdimatında “Uzundərə“ və ”Naz eləmə” rəqsləri xüsusi maraqla qarşılanıb.

Festival təşkilatçıları sonda ən maraqlı təqdimata görə Azərbaycan guşəsini birinci yerlə mükafatlandırıb, regionun mədəni müxtəlifliyinin tanıdılmasına həsr olunmuş festivala verilən töhfəyə görə təşəkkürlərini bildiriblər.

Qalibiyyət münasibəti ilə Avstriyanın yerli telekanalına müsahibə verən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Azərbaycanın milli mənəvi dəyərlərindən, qonaqpərvərliyindən, xüsusi ilə Qarabağdan danışıb və jurnalistlərə Azərbaycan haqqında kitablar təqdim edib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/avstriyada-milletler-festivalinda-azerbaycan-medeniyyeti-teblig-olunub-4912

 

 

REKLAM ALANI